Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər. Newscenter.az xəbər verir ki, qəbul Yasamal rayonunda yerləşən fizika-riyaziyyat və informatika təmayüllü liseyin akt zalında baş tutub.
Səyyar qəbulu giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, sakinlərlə görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir.İcra başçısı qeyd etdi ki, səyyar qəbulun məqsədi vətəndaşlarla birbaşa təmas yaradıb onları narahat edən problemləri operativ həll etməkdir. Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Yasamal Bələdiyyəsinin, habelə təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsləri də iştirak etdilər.
Qəbulda iştirak edən Yasamal rayonu sakinləri qəzalı evlərin söküntüsü, məhəllədaxili yolların asfaltlanması, qurumuş agacların budanması, kabel xəttlərinin dəyişdirilməsi zamanı zədələnmiş asfalt örtüyünün təzələnməsi, mərkəzi istilik sisteminin bərpası, qanunsuz küçə ticarətinə qarşı tədbirlər və bir sıra sosial məsələlər qaldırdılar. İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin asfatlanma, budanma, küçə ticarətinə qarşı ölçülər ilə bağlı rayonunun təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə konkret tapşırıqlar verdi. Tapşırıqların icrası ilə baglı müddət müəyyən olundu. Yasamal rayonunda icra və qanunverici hakimiyyət nümayəndələrinin yerli sakinlərlə görüşləri davam edir.
Mehman