Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: "Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir"

İlham Əliyev: "Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir"


"Qarabağda bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev cari ilin 6 ayının yekunlarına həsr oliunmuş müşavirədə çıxışı zamanı səsləndirib. Dövlət başçısı daha sonra qeyd edib:

"Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq".

İlham Əliyev diqqətə çatdırıb ki, biz hər şeyi planlı şəkildə edirik:

"Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək".

Anar
Xəbəri paylaş