Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Newscenter.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Kənan Salamov, Yevlax rayon sakinləri Elyar Musayev, Nəriman Ələkbərov və Arzu Aslanov olduğu müəyyən edilib.
Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Mehman