"Qarabağ münaqişəsi bəlkə həlli ən çətin münaqişələrdən biri idi. Şəhidlərimizin, sağ qalan Əsgərimizin qəhrəmanlığı və Ali Baş Komandanın üzaqgörənliyi hesabına çətin işi bitirdik, erməni ordusunu ən zəif vəziyyətinə gətirdik. Qarabağ məsələsini həll etmişik. İndi hər birimiz əlindən gələni etməlidir ki, yüz ildə ilk dəfə ordumuzun əldə etdiyi Qələbəni qoruyaq və inkişaf etdiriək".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, qarşıda hələ çox işimiz var:
"Rusiya sülhməramlılarının yola salmalıyıq. Zəngəzur, Göycə, İrəvan da bizi gözləyir. Odur ki, milli məsələlərdə bir olmalıyıq, birlikdə olmalıyıq. Burada yenə əsas yük təcrübəli döyüşçülərimizə düşəcək. Odur ki, hamımız qızıl fondumuz olan döyüşçüləri göz bəbəyimiz kimi qorumalıyıq".
Mehman