Azərbaycan dövləti koronavirus infeksiyasının başladığı ilk gündən etibarən əhalinin sağlamlığının qorunması istiqamətində bütün lazımi tədbirləri həyata keçirib. Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasının həyata keçirdiyi siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilmiş və nümunəvi model olaraq qiymətləndiriımişdir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, son günlər ölkəmizdə və dünyada COVlD -19-a yolmuxa sayı ilə bağlı rəqəmlərdə yüksəlmə müşahidə olunmaqdadır. Əlbətdə mövcud vəziyyət Azərbaycan dövlətinin tam nəzarəti altındadır:
“Koronavirusla mübarizə çərçivəsində dövlətimizin həyata keçirdiyi tədbirlərlə yanaşı vətəndaşlarımızda böyük rol oynayır. Bu mənada hər bir vətəndaş özünün və doğmalarının sağlamlığı naminə maksimum dərəcədə diqqətli olmalı və hər kəs öz məsuliyyətini dərk etməlidir. Unutmamalıyıq ki, dünyanı cənginə alan Koronavirus bəlası hələ bitməyib, yoluxma, yeni təhlükəli ştamların yaranması və yayılması təhlükəsi hələ də qalmaqdadır. Gözə görünməyən düşmən çox təhlükəlidir və hər bir an vəziyyət dəyişə bilər. Bu səbəbdən də vətəndaşlarımız qəti arxayınlaşmamalıdır. Dövlətimiz vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində nə lazımdırsa edir. Vətəndaşlarımızda öz növbələrində dövlətin müəyyən etdiyi qaydalara və tələblərə ciddi riayət etməli, maksimum dərəcədə məsuliyyətli olmalıdır. Yalnız bu halda koronavirus bəlasından qurtula bilərik.”
Ruhiyyə