Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müəmmalı Ermənistan səfəri

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müəmmalı Ermənistan səfəri


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün Ermənistana səfəri və baş nazir Nikol Paşinyanla görüşü sıradan hadisə deyil. Gün ərzində görüş barədə xəbər gah təsdiq, gah da təkzib edildi.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, ABŞ-ın baş kəşfiyyatçısının Ermənistana səfəri ən çox Kremli düşündürüb:

"Rusiyanın baş düşməninin əsas adamlarından biri uzaq Ermənistanla nəyi müzakirə etmək üçün minlərlə kilometr məsafə qət edib? Rəsmi xəbərlərdə tərəflərin beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə etdiyi bildirilib. Paşinyan və Börns Cənubi Qafqazda baş verən proseslərə dair də fikir mübadiləsi aparıblar. Əgər Uliyam Börns Tiflisə və Bakıya səfər etmədən yalnız İrəvana gedişi ilə kifayətlənib Vaşinqtona geri qayıtsa sualların sayı çoxalacaq".

Politoloq Elman Vəliyev isə sözügedən səfər barədə danışarkən qeyd edib ki, bir qayda olaraq kəşfiyyat idarələrinin rəhbərlərinin səfəri çox gizli tutulur və yalnız səfərdə olduğu ölkədə bu barədə azdan-çoxdan məlumat əldə etmək olur:

"Bu çox önəmli bir nüansdır. CİA kimi bir təşkilatın rəhbərinin Ermənistana səfəri olduqca maraq doğurur. Bir neçə versiyalar var. İyulun 19-da Tehranda Putin-Ərdoğan-Rəisi üçlüyünün görüşü olacaq. Zənn edirəm ki, Börnsün səfəri buna hesablanıb. Bu səfər həm də Ermənistanın Amerika üçün önəmli bir fiqur olduğunu göstərir".

Politoloqun qənaətincə, CİA şefi Ermənistandan sonra Azərbaycana da səfər etsə, çox güman ki, bu səfər iki dövlət arasındakı konfliktə görədir, amma səfər etməzsə birinci ehtimal qalır:

"Çox güman ki, Türkiyə ilə olan münasibətlər də müzakirə ediləcək".

Anar Əliyev
Xəbəri paylaş