Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan XİN rəhbərinin Tiflisdə görüşməsi Kremlin maraqlarına cavab vermir

Azərbaycan və Ermənistan XİN rəhbərinin Tiflisdə görüşməsi Kremlin maraqlarına cavab vermir


Brüssel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tiflisdə keçiriləcək görüşünə dəstəyini bildirib. Bu görüşdən nəticə çıxmasa belə görüş yerinin Gürcüstan ərazisinin seçilməsi tərəflər üçün faydalıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Gürcüstan Avropa İttifaqı kimi Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır:

"Bu mənada Gürcüstanın görüş yeri seçilməsi və bunun gələcəkdə də təkrarlanması Brüsselin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə dəstək mahiyyəti daşıyır. Görüş yerinin Tiflis seçilməsi Kremlin maraqlarına cavab vermir. Birincisi, Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı savaşına görə iki ölkə arasında diplomatik münasibətlər yoxdur. İkincisi, Gürcüstan Avropa İttifaqı və NATO üzvlüyünə çalışır ki, bu amil də Kremli qıcıqlandırır. Üçüncüsü, Azərbaycan və Ermənistan rəsmilərinin və diplomatlarının Rusiyadan kənar istənilən görüşü və apardıqları müzakirə Rusiyanın bölgədəki inhisarçı mövqeyə sahib olmaq istəyini zəiflədir".

Anar
Xəbəri paylaş