Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüş başa çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.

Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü baş tutub.
Xəbəri paylaş