Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov tərəfindən 19 iyul 2022-ci il tarixində Tərtər rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan xəbərə görə, nazir iyulun 23-də, saat 09:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3526501) və Bərdə Dövlət Aqrar Aqrar İnkişaf Mərkəzinə (050-3179360) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Sevinc