Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İyul ayında "Azəriqaz"ın Çağrı Mərkəzinə 60 min 48 müraciət daxil olub

İyul ayında "Azəriqaz"ın Çağrı Mərkəzinə 60 min 48 müraciət daxil olub


"Cari ilin iyul ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı mərkəzinə 60 min 48 müraciət daxil olub".

Newscenter.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “AÇIQ QAPI” aksiyasında deyib. Şöbə rəisi bildirib ki, daxil olan müraciətlərin 27 min 351-i xidmət əməkdaşları tərəfindən əraziyə əməliyyat qrupu göndərilmədən həll olunub:

“Keçən ilin müvafiq dövründə isə 65 min 273 müraciət daxil olub ki, bu da bu ilin iyul ayı ilə müqayisədə 5 min 225 məlumat azdır. Ödəniş etmədiyinə görə qaz təchizatı dayandırılmış abonentlərdən 1 554 müraciət daxil olub. Bu abonentlərin qaz təchizatı bir deyil, üç aylıq borclarını ödəmədiyi üçün dayandırılıb”, – deyə şöbə rəisi bildirib.
Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov yay ayları olmasına baxmayaraq Birlik əməkdaşlarının böyük səylə çalışdığını, payız-qış mövsümlərinə hazırlıq işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Şöbə rəisi qeyd edib ki, qaz kəməri üzərində təmir-bərpa işləri həyata keçirilməkdədir: “İki ay ərzində işlərə başlamışıq. 4904 km kəmər dayaqlar üzərinə qaldırılaraq bərkidilib, 43 min 883 metr uzunluğunda qaz xətlərində isə rənglənmə, abadlıq işləri aparılıb”.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev istənilən vaxt SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin media nümayəndələrinin suallarını cavablandırmağa, qaz təchizatı ilə bağlı onları narahat edən problem və təklifləri dinləməyə hazır olduqlarını bildirərək hər bir mətbuat nümayəndəsini bu cür görüşlərdə fəal iştirak etməyə çağırıb.

Sevinc
Xəbəri paylaş