Rusiyanın Krasnodar diyarında An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Newscenter.az-ın məlumatına görə, “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
"An-2 təyyarəsi eniş zamanı elektrik xətti ilə toqquşma nəticəsində qəzaya uğrayıb. İlk xilasedici bölmələr hadisə yerinə çatdıqdan sonra An-2 təyyarəsinin alovlanmadan qəzaya uğradığı müəyyən edilib", - Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, yerdə tələfat və dağıntı yoxdur.