Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfərində qeyri-adi heç nə yoxdur

Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfərində qeyri-adi heç nə yoxdur


"Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfərində qeyri-adi heç nə yoxdur. Səfir Azərbaycanın qədim şəhərini ziyarət edib".

Newscenter.az
xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu səsləndirib. Bildirib ki, o Gəncəyə və ya Zaqatalaya getdiyi kimi Şuşaya səfər edib:

"Doğrudur, Rusiya, ABŞ və Fransanın ölkəmizdəki səfirləri həmsədr ölkələrin təmsilçiləri kimi digər ölkələrin səfirləri kimi Şuşaya səfərə getməməyə üstünlük verirdilər. Bu səfirlər ölkələrinin rəsmi qurumlarının təlimatı əsasında Şuşaya səfər dəvətini qəbul etmirdilər. Ancaq bunun məntiqsiz qərar olduğunu ən çox səfirlər anlayırlar. Çalışdığın ölkənin rəsmi qurumunun Şuşaya səfər təklifini qəbul etməmək həmin ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir. Rusiya səfiri amerikalı və fransalı həmkarlarını qabaqladı. Ancaq onlar da Ağdama və ya Fizulyə getdikləri kimi Şuşaya da gedəcəklər".

Mehman
Xəbəri paylaş