Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yararsız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.
Newscenter.az bu barədə FHN-ə istinadən xəbər verir.
Yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.