Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qatar deposunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Newscenter.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlərlə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri dəmiryol deposunun ərazisində dəmiryol xətti boyunca 600m² sahədə quru ot, 50 ədəd taxta şpal, taxta tullantıları, ərazidən keçən elektrik kabeli 8p.m və 15 ədəd ağac yanıb. Vaqonlar, digər ağaclar, kommunikasiya xətləri və ərazidəki tikililər yanğından mühafizə olunub.