Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İİTKM və MEDİA Şuşada jurnalistlər üçün təlim keçirir

İİTKM və MEDİA Şuşada jurnalistlər üçün təlim keçirir


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlimə start verir.

Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədilə təlim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilir.

Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, eləcə də İİTKM-in əməkdaşları iştirak edir.

2 günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.

Tədbiri giriş sözü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov açıb.

Natiqlər gələcəkdə də iqtisadi sahədə çalışan jurnalistlər üçün belə tədbirlərin keçiriləcəyini qeyd ediblər.
Xəbəri paylaş