Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib.
Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, aksiya zamanı Gədəbəy rayonunda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 100-dən çox vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Tədbir çərçivəsində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə elmi diskussiyalar və gələcək planlar haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir "World Medicine" farmaseptik şirkətinin təşkilatçılığı ilə keçirilib.
Sevinc