Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elman Çobanovu saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun İdris-oba kəndində həyətyanı sahəsində dibçəklərdə əkib yetişdirdiyi 34 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Çobanovun barəsində həbs qətimkan tədbiri seçilib.