Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Afrikada keçirilən beynəlxalq tədbirlər “Azerspace-1” peyki üzərindən yayımlanır

Afrikada keçirilən beynəlxalq tədbirlər “Azerspace-1” peyki üzərindən yayımlanır


Azərkosmos əməkdaşlıq etdiyi qlobal media yayım şirkətləri ilə birgə Afrika regionundakı beynəlxalq idman oyunlarını “Azerspace-1” peyki üzərindən yayımlayır.

Newscenter.az-a daxil olan xəbərə görə, 2022-ci ilin birinci yarımili ərzində Afrika regionuna daxil olan ölkələrdə keçirilən Beynəlxalq Otüstü Hokkey Federasiyasının (FIH) kişi hokkeyi üzrə yarışları, Afrika Basketbol Liqası, Bundesliqa, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎ (FİFA) və “La Liqa”nın oyunlarının ən maraqlı anları Afrika, eləcə də digər qitələrdəki milyonlarla televiziya tamaşaçısına “Azerspace-1” peyki vasitəsilə yüksək keyfiyyətdə və fasiləsiz olaraq çatdırılıb.

Qeyd edək ki, Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” peykləri Afrika qitəsini əhatə etməklə qitənin 2/3 hissəsinə internet və yayım xidməti göstərir. Bu xidmətlər Azərkosmos və “Globecast”, “İKO Media”, “Telemedia”, “Bagira Group” və bu kimi digər qlobal media şirkətləri ilə əməkdaşlıq sayəsində təqdim olunur.

Sevinc
Xəbəri paylaş