Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allahşükür Paşazadə Gürcüstana səfərə gedəcək

Allahşükür Paşazadə Gürcüstana səfərə gedəcək


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinin dəvəti ilə iyulun 21-də Gürcüstan Respublikasına səfərə gedəcək.

Bu barədə Newscenter.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

QMİ sədri Şeyxülislam A. Paşazadə səfəri çərçivəsində Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə görüşəcək, dinləarası dialoq müstəvisində ənənəvi yüksək səviyyəli əməkdaşlığın perspektivlərini müzakirə edəcəkdir.

Səfər müddətində QMİ sədri A.Paşazadənin Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.

İyulun 23-nə qədər davam edəcək səfər çərçivəsində Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcəkdir
Xəbəri paylaş