Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir

Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir


Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Cari ilin birinci yarısında müşahidə etdiyimiz müsbət inkişaf tendensiyaları, əldə olunan nəticələr bunu deməyə əsas verir. Siyasi lideri səciyyələndirən keyfiyyətlərin zənginliyi İlham Əliyev şəxsiyyətində ahəngdar şəkildə bir-birini tamamlayır. Onun liderlik qabiliyyəti ilə həm ölkədaxili, həm də beynəlxalq nüfuzunun optimal nisbətinin bir-birini tamamlaması heyrət doğurmaya bilmir.

Prezident İlham Əliyev Azərbaycanın modernləşməsi xəttini yeritməklə ilk növbədə Heydər Əliyev ideyalarını, xalqın arzu və istəklərini gerçəkləşdirir. İlham Əliyev çıxışlarının birində demişdir: “… İnsan tarixə öz əməlləri ilə düşür. Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, ölkəmizdə demokratik cəmiyyət qurmaq. Hamımız, Azərbaycan xalqı bu siyasətə sadiqdir. Biz bu siyasəti davam etdirəcəyik. Azərbaycanda bu siyasətin alternativi yoxdur. Xalqımız da, beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir.İndi Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf dövrünü yaşayır.

Aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən möhtəşəm layihələr Azərbaycanı bölgədə lider dövlətə, beynəlxalq aləmdə nüfuz sahibinə çevirmişdir. Bu dövrdə dünya növbəti və daha sərt təlatümlərlə üzləşmiş, COVİD-19 pandemiyası bütün ölkələrin iqtisadiyyatını və səhiyyəsini ciddi sınaq qarşısında qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan pandemiya ilə mübarizəni yüksək səviyyədə təşkil edərək insan həyatını qorumaqla iqtisadi zərərləri minimallaşdırmaq arasında balansı təmin edə bilmişdir. Üstəlik, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiya ilə mübarizə və vaksinlərin dünya üzrə ədalətli bölgüsü kimi məsələlərdə hərəkat və BMT qarşısında beynəlxalq ictimaiyyətin dəstəyini qazanan mühüm təşəbbüslər irəli sürməklə qlobal səviyyədə liderlik nümayiş etdirmişdir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı
Xəbəri paylaş