Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" İB gənc fəhlələrin mühəndislik arzusunu reallaşdıracaq

"Azəriqaz" İB gənc fəhlələrin mühəndislik arzusunu reallaşdıracaq


SOCAR “Azəriqaz” İstehsalat Birliyi gənclərə perspektiv vəd edən yeniliyə imza atıb. Belə ki, Birlik üzrə “Mühəndis İnkişaf Proqramı” çərçivəsində fəhlə kateqoriyasında çalışan və sürətləndirilmiş hazırlıq proqramını başa vurmuş gənc fəhlələrin qulluqçu kateqoriyasına keçirilməsi üçün karyera müsahibələrinə start verilib.

Newscenter.az xəbər verir ki, 18-27 iyul tarixlərində ümumilikdə 140 namizədin müsahibəsinin keçirilməsi planlaşdırılır. Müsahibə mərhələsini uğurla keçən namizədlər təhsil və iş stajlarına uyğun hazırlandıqları qulluqçu kateqoriyasına aid vəzifələrə yerləşdiriləcəklər.

Xatırladaq ki, Proqramın icrasına 2021-ci ilin iyul ayından başlanılıb və Birlik üzrə 151 işçi proqrama cəlb edilib. Bunların 85 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Xəbəri paylaş