Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BAK və və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı jurnalistləri təltif etdi

BAK və və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı jurnalistləri təltif etdi


“Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təltifetmə mərasimi keçirib.

QHT.az xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, diaspor və media nümayəndələri, QHT təmsilçiləri çıxış ediblər.

Təltifetmə mərasimində çıxış edənlər jurnalistləri təbrik etdikdən sonra Azərbaycan mətbuatının tarixi və bu gününə nəzər salaraq diqqətə çatdırıblar ki, müasir dövrümüzdə peşəkar jurnalistikanın daha da inkişafı fonunda vətəndaşlarımızın vaxtında informasiya ilə təmin edilməsi istiqamətində media qurumlarının fəaliyyət imkanları hər gün genişlənir və ölkəmizdə xəbər tələbatı uğurla həyata keçirilir.

Vurğulanıb ki, hazırda aparıcı əhəmiyyət kəsb edən onlayn media sürətli inkişaf edir, 44 günlük Vətən müharibəsi vaxtı və ondan sonrakı dövrdə milli vətənpərvərlik ruhunda jurnalistlərimizin fədakar fəaliyyəti diqqətəlayiqdir. Gələcəkdə də belə tədbir və təşəbbüslərin olması Azərbaycan mediasına ictimai dəstəkdir.

Mükafatlandırma mərasimində “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov çıxış edərək bildirib ki, ölkəmizin mediası beynəlxalq müstəvidə milli, vətənpərvər əzmdə fəaliyyət göstərən diaspor fəalları ilə görüşərək onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə gördükləri işləri daim işıqlandırırlar.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mərasimdə deyib ki, 44 günlük haqq savaşı dönəmində Azərbaycan jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda, informasiya savaşında göstərdikləri vətənpərvər fəaliyyətləri diqqətəlayiqdir.

Sonra media nümayəndələri mükafatlandırılıblar. Təltif olunanlar arasında Newscenter.az saytı da var.

Xəbəri paylaş