Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 19-da Şamaxı, İsmayıllı, Qobustan, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qəbuldan öncə Komitə sədri Mübariz Qurbanlı və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar bölgə şöbəsinə müvafiq göstərişlər verilib.

Mehman
Xəbəri paylaş