Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə kimi baxır”

Könül Nurullayeva: “Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə kimi baxır”


“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji tərəfdaşlığını daha da gücləndirir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, bu, Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsinə xidmət edir:

"Söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün diversifikasiyasını dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və potensial olaraq Qərbi Balkan ölkələrinə daşınmasından gedir. Məhz bu Memorandum vasitəsilə Azərbaycanın siyasi-iqtisadi iradəsi sayəsində reallaşan, bölgənin ən nəhəng enerji projesi - Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı da öhdəlik götürülür. Eyni zamanda tərəflər Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərəcəklər. Bu isə siyasi cəhətdən Aİ tərəfindən dəstəklənən belə geniş regional layihələrin beynəlxalq maliyyə institutları və nəhəng özəl şirkətlər tərəfindən sərmayə yatırma perspektivini artırır".

Deputat qeyd edib ki, Avropa İttifaqı Cənub Qaz Dəhlizini vacib təchizat marşrutu hesab edir və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir:

"Yeni mərhələdə Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artırılacaq. Əsas hədəf kimi 2027-ci ilə kimi Aİ-ə ən azı illik 20 milyard m3 qazın ixrac edilməsi götürülür. Gələn ildən artıq 12 milyard kubmetr qaz alacaq Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə kimi baxır. Azərbaycan həm də Avropa İttifaqı üçün bərpaolunan enerjiyə malik tərəfdaş kimi cəlbedicidir. Yeni imzalanan Anlaşma Memorandumu vasitəsilə bu sahədə də əməkdaşlığın təməli qoyuldu. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin bəyanatında da qeyd olundu ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək".

Könül Nurullayevanın sözlərinə görə, Anlaşma Memorandumunun ən vacib tərəflərindən biri onun Azərbaycanın milli maraqlarına tam cavab verməsidir:

"Belə ki, tərəflər bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəliklərini xüsusi vurğulayırlar. Yeni imzalanan sənəd bir daha təsdiqləyir ki, Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir".

Ruhiyyə
Xəbəri paylaş