Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni dalğasını elan edib.
Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün saytında bildirilir.
ÜST-ün Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştamının subvariantlarının yayıldığı barədə məlumat verib.
“Ötən ilin yayı ilə analoji vəziyyətdəyik. COVID-19 dalğası “Omikron” ştamının subvariantları, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – məlumatda qeyd edilir.
Klüge, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. ÜST rəsmisi Avropa ölkələrini vaksinasiya və tibbi maska taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.