Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İpəkqurdunun təkrar yemlənməsi ilə məşğul olmaq istəyənlər DAİM-lərə müraciət edə bilərlər

İpəkqurdunun təkrar yemlənməsi ilə məşğul olmaq istəyənlər DAİM-lərə müraciət edə bilərlər


Azərbaycanda 2020-ci ildən başlayaraq tut ipəkqurdunun təkrar yemlənməsi həyata keçirilir. Təkrar yemləmə kümçülərə ildə iki dəfə ipəkqurdu bəsləyərək, yaş barama tədarük etməyə imkan verir. İpəkqurdunun payız yemlənməsinin həyata keçirilməsi ölkədə yaş barama istehsalını artırmaqla yanaşı, kümçülərin daha çox gəlir əldə etməsinə səbəb olur.

Newscenter.az KTN-ə istinadən xəbər verir ki, ötən il 25 rayonda tut ipəkqurdunun təkrar yemlənməsi həyata keçirilib. Bu məqsədlə 700 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulduqdan sonra avqust ayının II ongünülüyündən etibarən əvəzsiz olaraq kümçülərə paylanıb.

Bu ildən etibarən yaş barama istehsalına görə subsidiyanın, həmçinin məhsulun alış qiymətinin artırılması kümçülər arasında ipəkqurdunun təkrar yemləməsinə marağı artırıb. Kənd Təsərrüfatı Nazirliyi bununla əlaqədar kümçülərə müraciət edərək bildirir ki, tut ipəkqurdunun təkrar yemlənməsi ilə məşğul olmaq istəyən kümçülər iyul ayının sonuna qədər yaşadıqları rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və ya Qax Damazlıq İpəkçilik Stansiyasına (070-5244681, Əkrəm Fətəliyev) müraciət edə bilərlər. Məhsuldarlığın yüksək olması üçün kümçülərin az sayda tut ipəkqurdu toxumu götürməsi, kümxanaların əvvəlcədən dezinfeksiya edilərək hazır vəziyyətə gətirilməsi, yem ehtiyatının nəzərə alınması tövsiyə edilir.

Sevinc
Xəbəri paylaş