Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.
Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir dəfələrlə təxirə salınıb.