Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşların sosial rifahının gücləndirilməsi Azərbaycan dövlətinin sosial siyasətinin prioritet hədəflərindəndir

Vətəndaşların sosial rifahının gücləndirilməsi Azərbaycan dövlətinin sosial siyasətinin prioritet hədəflərindəndir


Vətəndaşların rifah halının yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısı cənab Prezident İlham Əliyevin xüsusi diqqətdə saxladığı və Azərbaycan dövlətinin sosial siyasətinin prioritet hədəflərindən biridir. Bu istiqamətdə dövlətimiz tərəfindən böyük sosial islahatlar, tədbirlər həyata keçirilmiş, layihələr icra olunmuş, sərəncamlar və fərmanlar imzalanmışdır. Bütün bunların nəticəsi olaraq Azərbaycan dövləti dünya ölkələrinə nümunə olacaq sosial siyasət modeli formalaşmışdır. Ölkəmizdə yoxsulluğun azaldılması,əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastruktur layihələrinin icrası kimi məsələlər dünyanın bütün tanınmış, təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanın sosial sahədə əldə etdiyi yüksək nəticələr dünyanın tanınmış beynəlxalq təşkilatlarının hesabatlarında da əks olunmuşdur.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Dövlət Büdcəsində də öz əksini tapmışdır. Belə ki, hər il dövlət büdcəsində sosial yönümlü xərclər əhəmiyyətli dərəcədə və mövcud vəziyyətə uyğun artırılır. 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,5 faizə çatmışdır. Ölkə başçısı, cənab prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, 2022-ci ilin dövlət büdcəsində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı yaradılmışdır:

“Ölkəmizdə son dörd il ərzində 4 milyon vətəndaşı əhatə edən 3 böyük sosial islahat paketi həyata keçirilmişdir. 2019-2022 ci illərdə Azərbaycanda minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatmışdır. Orta aylıq əməkhaqqı 37% artmışdır. Əmək müqavilələrinin sayında 30% və ya 400 minə yaxın, əməkhaqqı fondunda isə 2,2 dəfə artım qeydə alınmışdır. Əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı isə 86 faiz artmışdır. Bundan başqa sosial ödənişlərdə də böyük artımlar müşahidə olunur. Minimum pensiya məbləği 110 manatdan 240 manata çatdırılmışdır. Sosial müavinətlər və təqaüdlər 3,5 dəfə artırılmışdır. Sağlamlıq imkanları məhdud olan uşaqlara sosial ödəniş 3,4 dəfə artaraq 2019-cu ildəki 82 manatdan 280 manata çatmışdır”.

2020-ci ilin əvvəllərindən başlayaraq bütün dünyanı cənginə alan Koronavirus pandemiyası zamanı da Azərbaycan öz sosialyönümlü siyasətini uğurla davam etdirdi. Ölkə başçısı, cənab prezident İlham Əliyev koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşların həyat səviyyəsinə mənfi təsirlərinin azaldılması ilə bağlı 19 mart 2020-ci il tarixində sərəncam imzaladı. İmzalanmış sərəncamın icrasına uyğun olaraq Nazirlər Kabineti tərəfindən tədbirlər planı hazırlandı. Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən sosial müdafiə tədbirləri çoxşaxəli olmaqla, 4 istiqaməti, 10 tədbiri nəzərdə tutmuş və 5 milyona yaxın insanı əhatə etmişdir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu tədbirlər sayəsində 300 min iş yeri iflasdan xilas olmuş, dövlət büdcəsindən maaş alan 910 min, özəl sektorda çalışan 794 min işçinin orta aylıq əməkhaqqısı saxlanılmışdır. Eyni zamanda işsiz və işaxtaran vətəndaşların, xüsusilə əmək müqaviləsi olmadan çalışan, karantin dövründə isə işsiz qalan şəxslərin sosial müdafiəsini təmin etmək üçün aylıq əməkhaqqı 250 manat olmaqla 90 min sosial iş yeri açılmış, 600 min şəxsə isə yaşayış190 manat məbləğində müavinət verilmişdir:

“Bü gün Azərbaycanda həyata keçirilən və mərkəzində insan amili dayanan sosial siyasətin əsas məqsədi vətəndaşların sosial rifahının yüksəldilməsidir. Ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev ölkəmizin və əhalinin sosial rifahı üçün gecə gündüz yorulmadan çalışır”.

Ruhiyyə
Xəbəri paylaş