Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın, geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artır

Azərbaycanın, geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artır


Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı möhtəşəm qələbənin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, bəzi ermənipərəst, türk düşmənləri tərəfindən qıcıqla qarşılanmasına, dəfn edilmiş bədnam Minck Qrupunun dirçəldilməsi cəhdlərinə, “gorbagor olmuş status” məsələsinin gündəmə gətirilməsi cəhdlərinə baxmayaraq, getdikcə beynəlxalq aləm tərəfindən daha geniş surətdə nəzərə alınmaqda, qəbul edilməkdədir. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqların nəticələri, xüsusilə də, 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bir daha əyani surətdə təsdiq etmiş oldu. Bu Memorandumun imzalanması nəinki tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı, Avropa İttifaqının Azərbaycanın mövqetini ən yüksək səviyyədə qəbul etdiyini nümayiş etdirdi, eləcə də Rusiyanın Ukrayna avanturası nəticəsində yaranan yeni təhlükəli beynəlxalq şəraitdə Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın, geosiyasi çəkisinin əhəmiyyətli dərəcədə artdığını təsdiq etdi.

Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Memorandumun iki tərəf arasında gələcək əməkdaşlığın daha da genişlənməsinə yol acacağnı əminlikliklə söyləmək olar. Bununla yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparıldığı, onun avqust ayında başa çata biləcəyi nəzərə alınarsa Azərbaycanın Avropa üçün əhəmiyyətinin getdikcə artdığı qənaətinə gəlmək olar. Bu reallığın nəhayət hamı tərəfindən, xüsusiələ də, həm Ermənistan, həm də Avropa İttifaqının üzvü Fransa tərfindən, qəbul edilməsi Cənubi Qafqazda sülhün, qarşılıqlı faydalı əməkdaşlığın tezliklə bərqərar olmasına töhfə verə bilər.

Teyyub Əliyev-Azərbaycan Təkamül Partiyasının sədri
Xəbəri paylaş