Goranboyda gənc qızı elektrik cərəyanı vuraraq öldürüb.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düzqışlaq kəndində qeydə alınıb.
Kənd sakini, 2004-cü il təvəllüdlü G.Qasımovanı elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.