Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirilib

QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirilib


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində media sahəsində fəaliyyət göstərən bir qrup QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirilib.

Son günlər media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş yayılması məqsədilə təşkil edilən görüşdə Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktor müavini Emil Çaparlı, media sahəsində fəaliyyət göstərən QHT-lər iştirak ediblər.

Newscenter.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Agentliyin icraçı direktor müavini Emil Çaparlı tədbirin gündəliyi haqqında məlumat verib.
Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov çıxış edərək bildirib ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur. Unutmaq lazım deyil ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir.

Daha sonra çıxış edən QHT nümayəndələri keçirilən mövzunun aktuallığını xüsusi qeyd edərək fikirlərini bölüşüblər. QHT-lər bildiriblər ki, hadisələr bizim hər birimizi narahat edir. Ailədaxili münasibətlər, uşaq və yeniyətmələrin vəziyyəti və rastlaşdıqları problemlər dövlətin diqqəti altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlamalıdır".
Çıxışlardan sonra mövzu qarşılıqlı diskusiyya əsasında davam edib.

Tədbirin yekunu olaraq mövzu ilə bağlı bəyanət səsləndirilərək, qəbul edilib.

Mehman
Xəbəri paylaş