Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Region gəncləri üçün maarifləndirmə seminarları keçiriləcək

Region gəncləri üçün maarifləndirmə seminarları keçiriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycanın müxtəlif şəhər və rayonlarında “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək.

Newscenter.az-a Agentlikdən bildirilib ki, seminarlar ümumilikdə 11 regionu əhatə edəcək:

• Şirvan–Salyan: 25–29 iyul
• Lənkəran–Astara: 25–29 iyul
• Mil-Muğan: 25–29 iyul
• Dağlıq Şirvan: 25–29 iyul
• Quba–Xaçmaz: 25–29 iyul
• Mərkəzi Aran: 1–5 avqust
• Gəncə–Daşkəsən: 1–5 avqust
• Şəki–Zaqatala: 1–5 avqust
• Qazax–Tovuz: 1–5 avqust
• Abşeron–Xızı: 1–5 avqust
• Qarabağ: 1–5 avqust

Seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar veriləcək.

Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir. Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlər iştirak edə bilərlər.

İştirak etmək istəyən vətəndaşlar Regional Məşğulluq filiallarına müraciət edə və ya 055-659-28-23 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Sevinc
Xəbəri paylaş