Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları nəzarət etdikləri Laçın dəhlizində qanunsuz söküntü işləri aparırlar.
Newscenter.az xəbər verir ki, Caliber.Az saytı Rusiya hərbçilərinin Laçındakı özbaşınalığı ilə bağlı görüntülər paylaşıb. Həmin görüntülərdə 1992-ci ilin işğalından əvvəl azərbaycanlıların yaşadığı Laçın rayonunun Qaraqaxa kəndində yerləşən birmərtəbəli yaşayış binasının dam örtüyünü sökürlər. Rusiya hərbçiləri təkcə binanın dam örtüyünü deyil, həm də taxta materialları üzərində Rusiya bayrağı asılmış və “SK” (sülhməramlı kontingent) yazısı olan “KamAZ” marakalı avtomobilə yükləyirlər.
Talançıların “binanın deşifrə edilməsi üzrə xüsusi əməliyyatının təhlükəsizliyi” onların sərəncamında olan “BTR-82A” zirehli transportyoru tərəfindən təmin edilir.
Video ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
www.facebook.com/watch/?v=1667777456912079