Tehranda Astana prosesinin qarant ölkələrinin, İran, Türkiyə və Rusiya prezidentlərinin, Suriya problemi ilə əlaqəli üçtərəfli görüşü başa çatıb.
Prezidentlərin sammitdəki mövqeləri bu olub:
- İranın Prezidenti İbrahim Rəisi: Rəsmi Tehran Suriyanın ərazi bütövlüyü tərəfindədir. Suriya müstəqilliyi toxunulmazdır. Bu məsələdə rəsmi Tehran hər zaman da Suriyanı dəstəkləyəcək!.
- Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib: Türkiyə heç nəyə baxmadan Suriyada məskən salan bütün terror təşkilatlarını təmamilə məhv etməkdə qərarlıdır və bu işini davam etdirəcək.
- Rusiya Prezidenti Vladimir Putin bıyan edib: Rusiyanın silahlı qüvvələri Suriya hökumətinin dəvəti ilə bu ölkəyə gəlib və həm hazırkı dövlət başçısının legetimliyini tanıyır. Və onun yerində ələ baxan hakimiyyət qurmaq istəyində olanlar var və rəsmi Moskva bunun tamam əleyhinədir.
Göründüyü kimi, hər tərəf Suriya barəsində öz fərqli fikri və marağında qalmış. Və görüşün də nəticəsi olaraq elə bir irəliləyiş əldə olunmayıb.
Fikrimcə, onsuz da dünyaın bu indiki daha çox önəmli, qlobal problemləri fonunda Suriya adlı donmuş məsələyə baş qoşmaq yox, bu ölkələri maraqlandıran aktual real problemlərə görə idi Suriya sammiti adı ilə bu toplantıdakı məqsəd.
Hansı məqsədlərə xidmət edə bilər bu görüş?
▪️Bu toplantı İrana lazım olub, imicinin çökən dövrü iki qüdrətli dövlətin rəhbərinin Tehranda cəmləşməsi ilə ölkəsinin reklam xarakteri üçün. Və həm də, Putinlə ikitərəfli İran-Rusiya xüsusi birlikli məsələlər üzrə, yaxın tərzdə görüş üçün.
▪️Bu toplantı Putinlə Ərdoğan arasında vacib, yığılmış ikitərəfli Türkiyə-Rusiya problemlərinin müzakirəsi üçün görüş fürsəti kimi də lazım idi. O cümlədən bu saatkı qlobal mühüm Ukrayna və Qərb-NATO-Rusiya problemləri ilə də bağlı.
▪️Bu toplantı qardaş Türkiyə üçün də mühüm sərfəli idi, onun həm Qərb-NATO, həm Şərqdə Rusiya-İran qarşısında nüfuzunun olması kimi, dünyada görünməmiş unikal bacarıq, gücü və qüdrəti, sərbəst siyasi mövqeyinin nümayişi ilə.
▪️Bu toplantı Putinin 24 fevral Ukrayna savaşı başlanan andan xarici ölkələrə səfər etməməsi, izolyası kimi ictimai fikirləri azaltmağa lazım idi.
▪️Nəhayət, bu toplantının xüsusilə də Türkiyə, Ərdoğan iştirakında baş tutmasının, bizim ölkə Azərbaycana yanakı xeyri də var, 3 qafqazətrafı böyük dövlətin anlaşma görüşü fonunda bizim regionumuzdakı sabitlik və təhlükəsizliyə bağlı.
Hər halda xeyirlisi, Türkiyəyə, Azərbaycanımıza.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri