Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaliq Hüseynov: "Ölkəmiz inkişaf yolunda uğurla addımlayır"

Xaliq Hüseynov: "Ölkəmiz inkişaf yolunda uğurla addımlayır"


İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bu ilin altı ayının yekunları müzakirə edilmiş, görüləcək işlər haqqında danışılmışdır. İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz inkişaf yolunda uğurla addımlayır, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək keyfiyyətlə icra edilir. Bütün sahələrdə olduğu kimi xarici siyasətdə də ölkəmiz böyük nailiyyətlər əldə etmişdir. Bunun nəticəsidir ki, Azərbaycanın istər regional, istərsə də beynəlxalq nüfuzu daha da artıb.

Prezident cənab İlham Əliyev müşavirədə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyimizi bildirərək qeyd etmişdir ki, “Ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik.”

Bildiyimiz kimi, Hərəkata sədrliyimiz dövründə həyata keçirdiyimiz uğurlu işlərdən biri ölkə başçımızın təşəbbüsü ilə iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuş Bakı konfransı olmuşdur.

Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.

Ölkə başçısı bildirmişdir ki, “Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır.”

Müstəqillik qazandığımız ilk dövrlərdən başlayaraq ölkəmizin qonşu dövlətlərlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub. Belə ki, Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və bugünədək mövqeyimizi dəstəkləməkdə davam edən qardaş Türkiyə Cümhuriyyətilə münasibətlər artıq stateji müttəfiqlik səviyyəsinə çatmışdır. Həmçinin dövlət başçısının Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşləri bir daha əlaqələrə xüsusi diqqət yetirdiyimizi göstərir.

Qeyd etmək lazımdır ki, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 29 ildə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Artıq bugünlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanmışdır və bu, bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.

Ölkəmiz, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində də hər zaman fəallıq göstərmişdir. Ölkə başçısı müşavidə qeyd etmişdir ki, “Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, həm ikitərəfli, həm də çox tərəfli formatda önəmli layihələr üzərində müzakirələr aparılır . Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.”

Əlbəttə ki, beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salanda görürük ki, Azərbaycan bütün istiqamətlər üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada Azərbaycan böyük hörmət qazanmışdır.
Bilirik ki, hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq imic lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada.
Prezident cənab İlham Əliyev də bildirmişdir ki, “Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Əminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır.”

Müşavirədə toxunulan əsas məqamlardan biri də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması, sərhədlərin dəqiqləşdirilməsi və bərpası istiqamətində atılan addımlar olmuşdur. Qalib ölkə olaraq Azərbaycan bu yolda öz güc və dəstəyini daim nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq və bərpa işləri, o cümlədən nəqliyyat dəhlizlərinin açılması üçün atılan addımlar göstərir ki, biz regionda sülh, inkişaf istəyirik və Ali Baş Komandan cənab İlham Əliyevin gücü və qətiyyəti sayəsində buna da nail olmuşuq.

Xaliq Hüseynov
YAP Nəsimi rayon təşkilatının ƏİPT sədri
Xəbəri paylaş