Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nə qədər insan itkisi olar?

Nə qədər insan itkisi olar?


Xəzər Dənizinin Nardaran sahəsi çimərliyində iki bacı boğulub. Və dənizdə batan bacılardan Ayselin 17, Aysunun isə, 15 yaşı yeni olubmuş.

Böyük bacının meyiti artıq dənizdən çıxarılmış, balaca bacının axtarışları isə, hələ davam edir.
Qeyd edilir ki, Aysel bu il yüksək balla univ-tə qəbul olubmuş. Onların atası hərbçi, anası isə evdar qadındır. Ailələri 4 nəfərdən ibarət olub.

Çox heyf! Indi qaldılar, 2 valideyn övladsız. Bir gün, bir andakı dənizdə çimməyin felinə keçib.
Yəqin ki, müvafiq pulu ödəyib, keçiblər dənizə. Və çox yəqin ki, bu qızlar üzgüçü deyillər, yəni uzağa üzməyiblər, getməyiblər, bəlkə heç, üzə də bilmirlər. Dənizin yaxını, bir neçə metr aralı sahilində suda yeriyiblər və birdən-birə sahilə yaxındakı sualtı uçuruma, dərinliyinə düşüblər.

İndi hüquqi, ictimai, insanı və s. suallar yaranır.

Bu dəniz sahilini icarəyə götürüb pulla işlədib, qazanan qurumlar, bu yazıq əhaliyə, insanlara təklif etdikləri çimərliyi bir yoxlayır və bilirmi ki, bu çimərlik istirahətə yararlıdır, ya boğulmağa?Boğulub ölməyə yararlıdırsa niyə buranı işlədir? Bu sahili o sahibkara icarəyə verən yerli icra ya bələdiyyə orqanları tələb edirmi, dəniz sahilini, dənizin çimərlik zonası işini tam, təhlükəsiz və əlverişli hala sal, sonra işlət? Məsuliyyət varmı?!

İnsan təhlükəsizliyinə məsul, Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturu nə edir bəs, heç öz təhlükəsizliyi yoxlama, nəzarət funksiyasını bilirmi və yerinə yetirirmi çimərliklərə? Yoxsa ki, boğulub batmışı çıxardıb, təhvil verməklə, işini bitmiş böyük qəhrəmanlıqmı hesab edir? FHN strukturunun fəaliyyəti tamam araşdırılmalıdır.
Prokurorluq bəs, hər dəfə bu cür çimərliklərdə boğulma hadisəsini araşdıranda, səbəbi aydın etmə, bu hadisələri qabaqlama, qarşısını alma barədə nə iş görür? Çimərlik işlədəni, ya FHN-i cəzalandırma tədbiri görürmü, ya eləcə, adamı suda boğmayıblar və yaxud da öldürüb dənizə atmayıblar, cinayət tərkibi yoxdur deyib, bu işi xitam verib bağlayırlar, bitir? Bəs insan, səbəb?

Çimmək üçün nəzərdə tutulan icazəli, insanın arxayın olub dincəlməyə getdiyi bir yerdə, ildə bu qədər adam niyə boğulsun? Bir yerin ki, adı çimərlikdir, yəni çimməyə yararlığı yoxlanılıb və nəzarət olunur, nədən orda insan boğulsun ki? Dünyada belə şey yoxdur, milyonda bir təsadüf akula gəlib dişləməsə. Bunlara son verilməlidir.

Nə qədər belə, havayı insan itkisi olar, ailələrin, həyatların faciəsi baş verər, heç nəyin üstündə? Yaxşı, biz yazmayaq müvafiq orqanlar da bu işi araşdırmasın, qabaqlayıcı tədbirlər görülməsin, cəzalar olmasın, sonra? İnsan itikisinə davam?! O boğulan qızlar axı bizim vətəndaşdır, heyfdir, gənc idilər, gələcəkləri vardı, ölkə, xalqa xeyirli!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş