Azərbaycan Milli Mətbuatının yaranmasından 147 yaşı tamam olur. Həsən bəy Zərdabidən başlayan milli mətbuat ənənələrimiz ötən dövr ərzində ağır sınaqlarla üzləşməsinə baxmayaraq, şərəfli və zəngin yol keçibdir. Müstəqil Azərbaycanın milli mətbuat siyasəti dövlətin prioritetlərindən biri olmaqla möhkəm qanunvericilik bazası və azad media faəliyyəti yaradılıb. Ulu öndər Heydər Əliyev mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da məhz Heydər Əliyev tərəfindən imzalanıb.
Müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriliməkdədir. KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.
Cənab Prezidentin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.
Cənab Prezidentin sərəncamı ilə Medianın İnkişafı Agentliyinin yaradlması azad medianın inkişafı, informasiya cəmiyyətinin rolunun artırılması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Jurnalistlərimiz həm də milli vətənpərvərliyi ilə seçilirlər, işğalçı Ermənistanla informasiya müharibəsində gecə-gündüz yorulmadan çalışıblar. Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev, Kazımağa Kərimov kimi şəhid jurnalistlərimiz həm də qəhrəmanlarımızdır.Qarabağ savaşı başlayandan həyatlarını riskə ataraq ən qaynar döyüş xətlərindən operativ və düzgün informasiya verməklə, reportajlar hazırlamaqla cəmiyyətimizi dolğun məlumatlarla təmin edirlər.
44 günlük Vətən müharibəsi dövründə medianın üzərinə böyük iş düşdü, jurnalistlərimiz öz həyatlarını risk altına qoyaraq ilk günlərdən qələm və kameralarını süngüyə çevirərək ən qaynar atəş nöqtələrindən operativ məlumatları tamaşaçılarımıza, izləyicilərimzə çatdırırdılar, informasiyalar verərək cəmiyyətin operativ tələbatını ödədilər. Azərbaycan Ordusu ön cəbhədə Ermənistanın işğalçı qüvvələrinə qarşı əail qəhrəmanlıq nümunəsi göstərdiyi kimi jurnalistərimiz də əsil mübarizlik və peşəkarlıqla informasiya müharibəsində erməniləri məğlub etdilər. Cəbhədə düşmənlə üz-üzə əsil həqiqətləri çatdıran jurnalistlərimizin fəaliyyəti sayəsində düşmənin yalan məlumatları ifşa edildi, dünya mediası. xüsusilə də Türkiyə KİV-ləri və beynəlxalq ictimaiyyət əsil həqiqətləri Azərbaycan mediasından əldə edərək yaydılar.
Zəfərlə başa çatan Vətən müharibəsindən sonra da jurnalistlərimiz həyatlarını riskə atartaq Qarabağın bütün bölgələrindən canlı reportajlar yayamaqla dünya ictimaiyyətini erməni vandalizminin mahiyyəti barədə məlumatlandırmaqdadır. Jurnalistlərimiz Qarabağı qarış-qarış gəzərək erməni terrorçularının törətdikləri dağıntılar, cinayətlər, qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə faktları sənədləşdiridilər. Azərbaycan Televiziyası (AZTV) və “AZƏRTAC” İngormasiya Agentliyinin cəsur əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun öz xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olması bir daha jurnalistlərimizin fədakarlığının, igid döyüşçülərimiz kimi böyük şücaətinin nümunəsidir.
Milli mətbuatımızın 147 illik yubileyi münasibətilə bu əlamətdar gündə bütün media nümayəndələrini ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki