Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyənin dost və düşmənlərinə yönəlmiş ciddi təsirli mesajı

Azərbaycan və Türkiyənin dost və düşmənlərinə yönəlmiş ciddi təsirli mesajı


"Azərbaycan bizim qırmızı xəttimizdir!".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində Ermənistanla bağlı münasibətlərin tənzimi barədə fikrində bildirib. Bəyan edib ki, Türkiyə ilə Ermənistanın əlaqəsi, qonşuluq, dostluq münasibətlərinin qurulması, onun Azərbaycan ərazisinə iddiasından çəkinib də konkret, sülhə yönəlik mövqeyindən asılıdır!
İki qardaş ölkə, Azərbaycan və Türkiyənin dost və düşmənlərinə yönəlmiş ciddi təsirli mesajdır.
Türkiyə liderinin bu qəti mövqeyi arxasında nə dayanır, Türkiyə üçün Azərbaycan nə dəyərdə?

Bir dövlətin, ölkənin qırmızı xətti, onun yaşamı, həyatı milli mənafeyi üçün təhlükəsizlik xəttidir. Əgər, bu xətt keçilirsə, bu dövlət əsla heç nəyə baxmadan, instinktiv olaraq, cavab addımı atır. Demək, bu bəyanatı ilə Ərdoğan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qırmızı xəttini öz Türkiyə dövlətinin qırmızı xətti kimi, eyni görür.
Digər tərəfdən, ermənilərin 100 illik, "soyqırım" adlı dünyaya car çəkmə iddiasından, Türkiyəni 1 milyon ermənini guya, qətl etməkdə günahlı bilib illərlə düşmən elan etməkdən sonra, artıq Ermənistan onunla sərfəli qonşuluq və dostluq əlaqələrinə gəlir. Özü də, "soyqırıma" görə heç bir etiraf, ya kompensasiya tələbi etmədən. Və bununla, qondarma "soyqırımı" tanımış Fransa, Rusiya kimi dövlətləri də Ermənistan 'ofsaytda' qoyaraq faktiki, "soyqırıma" xitam verilmiş olur.

Türkiyə üçünsə bu, 100 illik "soyqırım" başağrı qalmaqalının rədd olunmasındakı tarixi fürsət hesab olunur. Ancaq ki, bununla belə, Türkiyə bu məqamda da qardaşı Azərbaycanın qirmızı xəttini və milli mənafeyini özününkü kimi bilib, üstün tutub Ermənistanın qarşısına şərt qoyur.

Bunlar onun göstəricisidir ki, bizim Türkiyə və Azərbaycanın münasibəti yaxın qonşu və dost münasibətindən xeyli çox, hətta, türk kökəndə qardaşlıq münasibətindən belə daha da yaxın doğma, qırmızı xəttləri bir olma münasibətidir!

Belə, iki dövlət-xalq yaxınlığı nadir nümunədir. Və bu yaxınlığı qonşular, dünya da yaxşı görür.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş