Bakı sakininin bank hesabından 2000 manat oğurlanıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə iyulun 22-də Bakı şəhər sakini R.Rüstəmovun bank hesabından 2000 manatının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini S.Həsənov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.