Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 4-də Lerik və Astara rayonları, eləcə də Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək.
Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbul Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Mehman