Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Hər bir dövlət məmuru ölkə başçısının səsləndirdiyi tövsiyyələrə əməl etməlidir

Sədaqət Vəliyeva: Hər bir dövlət məmuru ölkə başçısının səsləndirdiyi tövsiyyələrə əməl etməlidir


"Ölkə başçısı, cənab prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçılarını qəbul etməsi, onlara müvafiq tapşırıqlarını və tövsiyyələrini verməsi, Azərbaycan prezidentinin apardığı siyasətin mərkəzində vətəndaş məmnunluğunun dayanmasının bariz sübutudur. Eyni zamanda bu amil bir daha göstərir ki, heç bir kəs qanundan üstün deyil və hər bir dövlət məmurunun fəaliyyəti xüsusi nəzarətdədir.

Cənab Prezident İlham Əliyev hər zaman bütün dövlət məmurlarına xalqın arasında olmağı, onların problemlərinin öyrənilməsi və həmin problemlərin aradan qaldırılması istiqamətində lazımi işlərin görülməsi, vətəndaş məmnunluğunun təmin edilməsi kimi məsələləri ali vəzifə olaraq qarşıya qoymuşdur. Eyni zamanda Azərbaycan prezidenti cənab İlham Əliyev öz fəaliyyəti ilə də bütün dövlət məmurlarına əsl nümunədir. Cənab prezident İlham Əliyev bölgələrə və regionlara hər səfərində yerli sakinlərlə görüşür, onların vəziyyəti və mövcud problemləri ilə yaxından maraqlanır və həmin problemlərin həlli istiqamətində lazımi tapşırıqlarını verir. Bütün bunlarla yanaşı, cənab prezident İlham Əliyev infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində də özü iştirak edir, jurnalistlər, ictimaiyyət nümayəndələri, iş adamları və sahibkarlarla görüşür".

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin əsas tələblərindən və Azərbaycan dövlətinin sosial siyasətinin prioritet hədəflərindən biri də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi qayğının göstərilməsidir. Bu gün şəhid ailələri, qazilər və müharibə veteranları ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin diqqət mərkəzindədir və dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Azərbaycan dövləti tərəfindən şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, qanunlar qəbul edilmiş, sərəncamlar imzalanmışdır:

“Hər bir dövlət məmuru ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi tövsiyyələrə əməl etməli, qarşıya qoyduğu ali vəzifələri məsuliyətlə icra etməli, ona olan etimadı və etibarı doğrultmalıdır. Eyni zamanda hər bir dövlət məmuru öz fəaliyyəti ilə Azərbaycan prezidentinin həyata keçirdiyi müdrik, uzaaqgörən, inkşafa və tərəqqiyə hesablanmış siyasətə kölgə salmamalıdır.”

Ruhiyyə
Xəbəri paylaş