Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dilimizin saflığını hər zaman qorumalıyıq

Dilimizin saflığını hər zaman qorumalıyıq


Tarixi günlər və milli bayramlar sırasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün xüsusi yeri var. Hər hansı bir xalqın dilinin mükəmməl şəkildə formalaşması, onun ünsiyyət vasitəsinə çevrilməsi uzun tarixi prosesin nəticəsində mümkündür. Azərbaycan xalqı ana dilimizin saflığını qorumuş, bu dildə xalq yaradıcılığı nümunələri – dastanlar, nağıllar, bayatılar, rəvayətlər, əfsanələr, atalar sözləri, mahnılar yaranmış, min illərin dil çeşməsində durularaq və sınaqlardan keçərək günümüzədək gəlib çıxmışdır.

Azərbaycan dili milli sərvətimiz, ən ali dəyərimiz, dövlətimizin əsas atributlarından biridir1993-cü ildə xalqın təkidi, tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın sabitləşməsinə nail oldu. O illərdə ulu öndərin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də dil məsələsi idi. Problemin ciddiliyini nəzərə alan ümummilli lider mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirmiş və aparılan fikir mübadilələri mövcud problemlərin həlli üçün dəyərli olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, dil siyasətində də ulu öndərin strateji kursuna sadiq qalaraq onun siyasi xəttini uğurla davam etdirir.

Dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindəndir.Bu sahədə mühüm və uğurlu tədbirlərdən biri də ölkə rəhbərinin illər əvvəl imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”kı sərəncamı oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Ölkə Prezidenti İlham Əliyev bölgələrdə keçirdiyi görüşlərdə də həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun dəyərlərindən söz açır. Prezident demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq.

Aynur Həsənova,
YAP-ın gənc fəalı
Xəbəri paylaş