Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FHN-dən əhaliyə MÜRACİƏT

FHN-dən əhaliyə MÜRACİƏT


Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Newscenter.az xəbər verir ki, müraciətdə deyilir:

"Nazirliyin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli vəziyyətdə qalması (əllərinin ətçəkən maşında ilişib qalması, əzalarının barmaqlıqlar arasında qalması və s.) ilə bağlı məlumatlar daxil olur. Bütün hallarda Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində təhlükəli vəziyyətdə qalan azyaşlılar xilas olunur.

Bu kimi hadisələrlə bağlı aparılan təhlillər göstərir ki, uşaqların nəzarətsiz qalması onların həyat və sağlamlığı üçün birbaşa təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, FHN bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır".
Xəbəri paylaş