Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident icra başçıları qarşısında mühüm vəzifələr qoyub

Prezident icra başçıları qarşısında mühüm vəzifələr qoyub


25 iyul 2022-ci ildə Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edib və onlar qarşısında bir çox vəzifələr qoyub".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev səsləndirib. Hakim partiya rəsmisi qeyd edib ki, prezident yeni icra başçılarına "ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır".-deyə öz tapşırığını verib, daha sonra onları ədalət prinsiplərinə əməl etməyə, sosial ədaləti bərpa etməyə, rayonların inkişafı ilə bağlı təşəbbüs göstərməyə, yerli və xarici investorları rayonlara cəlb etməyə, yeni iş yerləri açmağa, turizmi və kənd təssərrüfatını inkişaf etdirməyə, şəhid ailələrinə və qazilərə qarşı xüsusi diqqətli olmağa, ekoloji tarazlığı və ekoloji normaları qorumağa, inşaat və şəhərsalma normalarına əməl etməyə, bu işlərdə ictimai nəzarətdən çəkinməməyə, ictimaiyyətin fikrini və rəyini nəzərə almağa çağırıb: "

Ölkə prezidenti Azərbaycanın çox böyük perspektivləri və potensialının olduğunu, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra​ ​ tarixi ədalətsizliyə​ son qoyaraq, öz gücümüzlə tarixi ədaləti bərpa etdikdən sonra müzəffər xalq kimi​ ləyaqətlə yaşadığımızı qeyd edib. Prezident​ ​ deyib: "ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır". Prezident bir daha "İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq, imkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın".- deyərək onlara xəbərdarlıq edib".

Mehman
--
Xəbəri paylaş