Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin-Ərdoğan görüşündə nələr MÜZAKİRƏ EDİLƏCƏK?

Putin-Ərdoğan görüşündə nələr MÜZAKİRƏ EDİLƏCƏK?


«Türkiyə prezidenti R. T. Ərdoğan avqustun 5-də Rusiyaya səfər edəcək. İyulun 19-da Suriya məsləsi üzrə Tehranda keçirilən konfransda tərəflər razılığa gələ bilmədi. Xüsusilə, Türkiyənin Suriyanın şimal-şərqində PKK-YPG terror təşkilatına qarşı anti-terror əməliyatı keçirməsinə Rusiya və İran razılıq vermədi».

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ötən gün R.T. Ərdoğan bir daha Rusiya və İrana mesajlar vererək Ankaranın bu əməliyyatı keçirəcəyini qeyd etdi:

«Türkiyə anti-terror əməliyyatını keçirmək üçün ilk növbədə Rusiyanın razılığını almağa çalışır. İranın mövqeyinə gəldikdə, Türkiyə üçün bu, əhəmiyyətli deyil. Çünki, Kremllə Ankara razılaşdıqdan sonra, Tehran geri çəkiləcək. Ona görə də Tehranda razılığın əldə edilməməsi, Türkiyənin birbaşa Rusiya ilə danışıqlar aparmasını şərtləndirdi. Türkiyə prezidentinin Moskvada V. Putinlə aparacağı danışıqlarda razılığın əldə olunması gözlənilir. Moskvaya qarşı Qərb koalisiyasının formalaşması, sanksiyaların tətbiqi Kremlin Ankara ilə əlaqələrini pozmamasına gətirib çıxarır. Ona görə də bu əməliyyata V.Putinin razılıq verməsi mümkündür».

Politoloq onu da deyib ki, R. T. Ərdoğan Moskvaya getməyə bilərdi. Çünki,V. Putin Tehran danışıqlarında razılıq verə bilərdi:

«Amma, V. Putinə qarşı sanksiyalar fonunda, onun R. T. Ərdoğanı Kremldə qarşılaması və razılaşma əldə etməsi onun üçün hava və su kimi lazımdır. İlk növbədə daxili auditoreya üçün, həmçinin Qərb üçün bir göstəri olacaq. Avqustun 5-dən sonra Türkiyə ordusunun hərbi əməliyyatlara başlaması mümkündür. Suriya ilə bağlı bir neçə istiqamətdə razılıq əldə ediləcək. Ola bilər ki, İdlib məsləsində Ərdoğan da V.Putinə güzəştə getsin. ikinci məsələ, Ukrayna böhranı müzakirə ediləcək. Xüsusilə, Taxıl dəhlizi ilə bağlı razılaşmanın problemsiz yerinə yetirilməsi, həmçinin Kiyevlə sülh danışıqlarına başlanması. Bu danışıqlardan sonra Kiyevlə Moskva arasında İstanbulda danışıqlar aparıla bilər. V. Putin R. Ərdoğan vasitəsilə Ukrayna prezidenti V. Zelenskiyə öz mesajlarını və təkliflərini çatdıracaq. Ukraynın əks-hücumları, Rusiyanın ciddi itkilər verməsi Rusiyanın danışıqlara başlamasına sövq edir».

Politoloq deyib ki, digər məsələ kimi Kremldə Ermənistan Türkiyə sərhədlərinin açılması və Qarabağda erməni silahlı birləşmələrinin çıxarılması müzakirə ediləcək:

«Cənab Ərdoğan silahlı erməni birləşmələrinin tam çıxarılmasını Moskva ilə razılaşdıracaq. Bundan əlavə, danışqlarda ikitərəfli iqtisadi əlaqələr, hərbi -texniki əməkdaşlıq müzakirə olunacaq. Bu görüş regionda ümumi geosiyasi situasiyanın formalaşmasına təsir edəcək».

Mehman
Xəbəri paylaş