Şirvan Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rahim Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, dindirilmə zamanı R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirib.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Mehman