Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən Rusiyaya XƏBƏRDARLIQ

Türkiyədən Rusiyaya XƏBƏRDARLIQ


“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100” ə müsahibəsində deyib.

“Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər ola bilər. Əgər proseslər uğurlu davam etsə, bəlkə də, bu, sülhə səbəb ola bilər”, - o söyləyib.

Nazir bildirib ki, tərəflərin diplomatiya masası arxasna oturmaları üçün Türkiyənin təşəbbüsləri davam edəcək: "Nə Rusiya, nə Ukrayna masaya zəif formasda oturmaq istəməz. Amma onların eyni gücdə olması da mümkünsüzdür. Təəssüf ki, müharibənin uzanmasını istəyənlər var. Hətta "Taxıl sazişinə"də mane olmaq istəyirdilər".
Xəbəri paylaş