Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna ordusu daha bir ərazini azad edib

Ukrayna ordusu daha bir ərazini azad edib


Ukrayna ordusu Rusiyanın dayaq məntəqələrinə zərbə endirərək Zaporojye əyalətinin şəhər tipli qəsəbəsi Andreyevkanı azad edib.

Newscenter.az xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığı məlumat yayıb.

"Aviasiyamız qırıcılardan, bombardmançılardan və helikopterlərdən istifadə etməklə düşmənə 4 zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki 4 dayaq məntəqəsi vurulub. Beləliklə, Andreyevka azad edilib və nəhayət Rusiya işğalçı qoşunlarından təmizlənib. Qoşunlarımız bir neçə gün əvvəl Lozovoyedə olduğu kimi öz mövqelərini etibarlı şəkildə gücləndiriblər”, - komandanlığın feysbukdakı səhifəsində yerləşdirilən xəbərində deyilir.

Qeyd olunur ki, Rusiya ordusu gün ərzində Bruskinskoye - Beloqorka istiqamətində əks-hücuma keçərək, itirilmiş mövqeləri bərpa etməyə çalışsa da, buna nail ola bilməyib.

Rusiya hərbi hava qüvvələrinin təyyarələri qarşı tərəfin mövqelərinə 4 zərbə endirib, lakin Ukrayna hərbçiləri arasında itki yoxdur.

Əməliyyat zamanı Rusiya ordusunun 89 hərbçisi öldürülüb, anbarı və xeyli sayda texnikası sıradan çıxarılıb.

Anar TAGIYEV
Xəbəri paylaş