Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün vəzifəli şəxslər vətəndaşlara layiqli xidmət göstərməlidir

Bütün vəzifəli şəxslər vətəndaşlara layiqli xidmət göstərməlidir


Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yüksək inkişaf dövrünü yaşayır. Ötən illər ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dayanıqlı inkişafı təmin edilib. Dövlət başçısının son illər ərzində həyata keçirdiyi islahatlar ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verib. Həyata keçirilən islahatlar bütün sahələri əhatə edir və bu prosesdə kadr islahatları da çox önəmli rol oynayır. Çünki hər bir sahənin inkişafında kadr amili vacib şərtdir. Peşəkar kadrların olduğu yerdə hər zaman tərəqqi müşahidə olunur. Öz vəzifəsini layiqincə yerinə yetirməyən, korrupsiyaya qurşanmış məmurlar var və onlar hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunurlar. Bu sıraya bəzi rayonların icra başçıları, eləcə də müxtəlif qurumların rəhbər şəxsləri daxildir.

Cənab Prezident hər zaman bəyan edir ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Dövlətimizin başçısı Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı bir daha məmurlara xəbərdarlıq etdi. Bu xəbərdarlıq ondan ibarətdir ki, məmurlar öz vəziflərini layiqincə yerinə yetirməli, insanların qayğıları ilə məşğul olmalı, qanunsuz hərəkətlərdən çəkinməlidirlər. Əks halda, bundan sonra da lazımı cəza təbdirlər görüləcək. Bütün vəzifəli şəxslər öz fəaliyyətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməli və vətəndaşlara layiqli xidmət göstərməlidir. Prezident İlham Əliyev çıxışlarında ölkəmizdəki inkişaf göstəriciləri ilə yanaşı nöqsanları da açıq-aşkar bildirir və çıxış yollarını göstərir.

Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri də vacib amildir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmaqla yanaşı, həmçinin onların qayğıları ilə yaşamalıdırlar. Dövlət başçısı bəyan edib ki, etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını vəzifəyə təyin edərkən cənab Prezident onlara tövsiyə və tapşırıqlarını verir. Digər məmurlar kimi icra hakimiyyətlərinin başçıları da daim insanlarla ünsiyyətdə olmalı, onların problemlərinin həlli üçün əməli addımlar atmalı, fəaliyyətində şəffaflığa üstünlük verməlidir. Biz bir sıra hallarda görürük ki, həm icra başçıları, həm də müxtəlif qurumlara rəhbərlik edən məmurlar yeni vəzifəyə təyin olunan kimi peşəkar kadrları işdən azad edir, özünə yaxın olan, lakin mütəxəssis olmayan şəxsləri vəzifəyə təyin edir. Bu, doğru yanaşma deyil.

Bir sözlə, Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu amil məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir ki, bütün bunlar da istər ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və dövlətimizin başçısının "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" vədinin reallığı çevrildiyini sübut edir”. Cənab Prezidentin məmurlara xüsusi tapşırıqlarından biri də qazi və şəhid ailələrinə qayğı ilə əlaqədar oldu. Çünki onların sayəsində torpaqlarımızın işğaldan azad edilməsinə nail olmuşuq. Buna görə də, hər bir məmurun vəzifəsidir bu kateqoriyadan olan insanlara hər zaman qayğı ilə yanaşsınlar.

Fatma Yıldırım-Milli Məclisin deputatı
Xəbəri paylaş