Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib

Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib


Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib.

Newscenter.az-ın məlumatına görə, “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, o, bu barədə latviyalı həmkarı Artis Pabrikslə görüşündə bildirib.

“Madriddə imzalanan anlaşma memorandumu hələ son deyil. Əksinə, bu hələ başlanğıcdır. Qarşı tərəflərdən razılaşmalara əməl etmələrini gözləyirik”, - o əlavə edib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın şərtlərə uyğun olaraq terrorçuları qaytarmayacağı təqdirdə onların NATO-ya üzvlüyünə veto qoyula biləcəyini söyləyib.
Xəbəri paylaş